"AmCham" Azərbaycan Prezidentinə müraciət edib

"AmCham" Azərbaycan Prezidentinə müraciət edib
12:37 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) "Ağ vərəq" (White paper) adlanan təkliflər paketini Azərbaycan Prezidentinə təqdim edib. "Report" xəbər verir ki, "Ağ vərəq"in tezliklə geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
Məlumata görə, bu yaxınlarda çapdan çıxan təkliflər paketi qurumun rəhbərliyi tərəfindən imzalanaraq ölkə başçısına təqdim edilib.
Qeyd edək ki, "White paper" Azərbaycanda gömrük, vergi, bank sektoru, miqrasiya sahələrində islahatların aparılması ilə bağlı təkliflər paketidir. Həmin təkliflərin bir çoxu artıq qəbul edilərək tətbiq olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/amcham-azerbaycan-prezidentine-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR