Əfqanıstan ordusu "Taliban" hərəkatının iki aparıcı komandirini öldürüb

Əfqanıstan ordusu "Taliban" hərəkatının iki aparıcı komandirini öldürüb
16:37 11 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ "Taliban" radikal hərəkatının iki aparıcı komandiri Əfqanıstanın qərbində həyata keçirilən hərbi əməliyyat zamanı öldürülüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun yüksək rütbəli komandiri Raz Məhəmməd Oriahil məlumat verib.
"Şindand bölgəsində silahlılara qarşı keçirilmiş əməliyyat zamanı 52 silahlını zərərsizləşdirmişik. Öldürülənlər arasında Malla Nayeb və Mavlabi Mohib adlı "Taliban" hərəkatının iki aparıcı komandiri də var" -  R.M.Oriahil "Sinhua" agentliyiniə açıqlamasında bildirib.
Xatırladaq ki, əməliyyat Herat əyalətində keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistan-ordusu-taliban-herekatinin-iki-aparici-komandirini-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR