Yolun əks istiqamətinə çıxan maşın ağır qəza törətdi: ölən və yaralanan var

Yolun əks istiqamətinə çıxan maşın ağır qəza törətdi: ölən və yaralanan var
10:52 13 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır yol qəzası baş verib. Milli.Az lent.az-a istinadən bildirir ki, rayon ərazisində "Tofaş" markalı minik avtomobili "Ford" markalı yük maşınına çırpılıb. Nəticədə "Tofaş"ı idarə edən 25 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. "Ford"da olan 18 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib. 

Bildirilir ki, qəzaya səbəb "Tofaş"ın ötmə əməliyyatı apararkən yolun əks istiqamətinə çıxması olub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR