Şahmat tacı uğrunda növbəti partiyada da qalib müəyyənləşməyib
Paylaş
·93 baxış·1 dəq oxu
Bakı. 16 noyabr. REPORT.AZ/ Dünya şahmat tacı uğrunda rusiyalı Sergey Karyakinlə norveçli Maqnus Karlsen arasındakı 4-cü partiya da qalibi müəyyənləşdirməyib. "Report"un məlumatına görə, Karyakinin ağ fiqurlarla oynadığı qarşılaşma 6 saatadək davam edib. 94-cü gedişdə tərəflər "sülh"ə razılaşıblar. 5-ci partiya noyabrın 17-də olacaq. Qeyd edək ki, hazırda hesab bərabərdir - 2:2.