Bakıda intihar hadisəsi baş verib.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Hadisə rayonun Sabunçu qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Cəfərov Mürşüd İzmir oğlu qəsəbədə kirayədə yaşadığı Asif Əsədullayev küçəsi, ev 4/5-də özünü qaz borusundan asaraq intihar edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Milli.Az