İRNA: "Bakıda keçirilən V Konqres fikir mübadiləsi üçün çox yaxşı imkan yaradır"

İRNA: "Bakıda keçirilən V Konqres fikir mübadiləsi üçün çox yaxşı imkan yaradır"
18:12 16 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün bir çox dünya informasiya agentliklərinin nümayəndələri Bakıya çox mühüm bir tədbir üçün toplaşıblar.

Milli.Az bildirir ki, bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən İranın İRNA informasiya agentliyinin baş direktoru Mohamməd Xodadi deyib.

M.Xodadi bildirib: "Bu gün KİV-in rolu bütün sahələrdə artmaqdadır. Eyni zamanda bu gün sosial şəbəkələr tədricən KİV-i əvəz etməyə başlayır. Ona görə KİV-lər öz gələcəyi baədə düşünməlidir".

Onun fikrincə, belə bir tədbirin fikir mübadiləsi baxımından da çox böyük əhəmiyyəti var.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR