Xəzər dənizi sahillərində yüzlərlə suiti ölüsü aşkar olunub

Xəzər dənizi sahillərində yüzlərlə suiti ölüsü aşkar olunub
22:37 16 Noyabr 2016
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Xəzər dənizində uzunsürən qasırğalar nəticəsində yüzlərlə suiti ölüb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsinə istinadən "İnterfax" məlumat yayıb.
"İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunsürət qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olublar və qasırğalar onların təbii ölümünü sürətləndirib", - deyə idarədən bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/xezer-denizi-sahillerinde-yuzlerle-suiti-olusu-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR