Şahzadənin sevgilisinin çılpaq şəkilləri yayılacaq

Şahzadənin sevgilisinin çılpaq şəkilləri yayılacaq
18:41 18 Noyabr 2016
275 Şou
Ölkə mətbuatı
A- A+

Britaniya şahzadəsi Harrinin sevgilisi aktrisa Meqan Markl şantaj olunur.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ötən gün aktrisaya bir kişi zəng vuraraq sosial şəbəkələrdə onun çılpaq şəkillərini yayacağını bildirib. Naməlumun bu addımı atmasının səbəbi bəlli deyil. Hər halda, o, şəkillərin müqabilində Meqandan pul istəməyib. Bunun kiminsə tərəfindən məqsədli edilməsi güman edilir.

Qeyd edək ki, 35 yaşlı Markl və 32 yaşlı Harri iki həftə bundan əvvəl aralarında sevgi münasibətinin olduğunu rəsmən elan ediblər.

32 yaşlı şahzadə, nəinki, 35 yaşlı amerikalı aktrisaya vurulub, hətta, onu öz ailəsi ilə tanış da edib və onunla evlənmək fikrindədir. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Xatırladaq ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR