“Ədəbsiz jest göstərməmişəm, anlaşmazlıq olub” – MOİK-in futbolçusu üzr istədi

“Ədəbsiz jest göstərməmişəm, anlaşmazlıq olub” –   MOİK-in futbolçusu üzr istədi
13:17 19 Noyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan I divizionun XII turu çərçivəsində keçirilən MOİK - "Qaradağ Lökbatan” qarşılaşmasında anlaşılmaz hal yaşanıb. Belə ki, matçın 36-cı dəqiqəsində "hərbçilər"in futbolçuları Məhəmməd Bədəlbəyli Hüseyn Axundovla söhbət əsnasında əli ilə "1" rəqəmini göstərmək niyyət ilə orta barmağını qaldırıb. 


Fanat.Az xəbər verir ki, bu məqamın söz-söhbətə səbəb olduğunu nəzərə alaraq, səbəbkarların fikirlərini öyrəndik.


 Bədəlbəyli duruma bu cür şərh verdi: "Açığı, oyun zamanı bu məqama heç fikir verməmişdim. Hətta matçdan dərhal sonra bir jurnalist mənə bu məqamla bağlı sual verərkən heç nəyin yadımda olmadığını bildirdim. Həqiqətən də niyyətim başqa olub, ona görə yaddaqalan bir şey olmayıb. Həmin epizodda Hüseynlə oyunun geridə qalan bölümünü qısaca müzakirə etdik. Bu zaman stadiona gec gəldiyindən oyunun əvvəlini qaçırmış tanışlarımdan biri neçə qol vurduğumu soruşdu, mən də "1" göstərdim. Sadəcə, diqqətsizlik etmişəm. Amma o vaxt heç bunun fərqində deyildim. Oyundan sonra məsələnin necə cərəyan etdiyini görəndə, öz-özümə təəssüfləndim. Mən MOİK-in, yəni Ordu Klubunu təmsil edirəm. Qeyri-etik davranışa yol vermərəm. Yəni, ədəbsiz jest göstərməmişəm, anlaşmazlıq olub. Hərəkətimin fərqli qəbul olunduğunu anlayaraq bütün futbol ictimaiyyətindən, matçı televiziya vasitəsilə izləyənlərdən və satdionda olanlardan üzr istəyirəm".


Məsələ ilə bağlı Hüseyn Axundov da fikirlərini bölüşüb: "Yazılanları görüb, təəccübləndim. Axı, orada mənlik heç nə yox idi. Tablo işləmirdi deyə, dostu idi, ya tanışı, Məhəmmədə kənardan neçə qol vurduğunu soruşdu. O da "1" göstərmək niyyəti ilə belə edib. Yəni mənə qarşı ümumiyyətlə, heç bir davranış olmayıb". 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dbsiz-jest-gostrmmim-anlamazlq-olub-t54274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR