Gələn il üçün Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsaitin həcmi açıqlanıb
Paylaş
154 baxış·1 dəq oxu
Bakı. 21 noyabr. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Nazirlər Kabinetinə 10 023 891 manat vəsait ayrılacaq. “Report”un xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib. Bu rəqəm 2016-cı ildə 8 945 453 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 078 438 manat çoxdur.