Bakı. 22 noyabr. REPORT.AZ/ "Bakı Dəmir -Beton 7” ASC-nin səhmdarlarının dekabrın 30-u, saat 11:00-a təyin edilmiş növbəti ümumi yığıncağı yanvarın 6-sı, saat 11:00-a keçirilib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinə yeni sədr seçilməsi, Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi və digər məsələlər daxildir.
Yığıncaq saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2a ünvanında baş tutacaq.