Brinks: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Brinks: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
20:18 22 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Publika.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks deyib.

Onun sözlərinə görə, ABŞ münaqişə tərəfləri ilə işləyərək münaqişənin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir.

B. Brinks ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin istefası məsələsinə də toxunub: "Uorlikin xidmətlərini yüksək qiymətləndiririk. O, 3 il bu vəzifəni icra etdi. Biz onunla aprel döyüşlərində sıx işlədik. Yeni həmsədrin adı isə hələlik məlum deyil". (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/176973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR