Qahirədə İslam Bankının qadın direktorunun meyiti tapılıb

Qahirədə İslam Bankının qadın direktorunun meyiti tapılıb
12:57 23 Noyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin ətrafında Abu-Dabidəki İslam Bankının qadın baş direktoru Nevin Lufinin meyiti aşkarlanıb.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları onun üzərində çoxsaylı bıçaq yarası aşkarlayıb.
Məlumata görə, N.Lufi ərəb ölkələrində bankın baş direktoru olmuş ilk qadındır. O, 1976-cı ildə Qahirədəki Amerika Universitetində iqtisadiyyat üzrə birinci dərəcəli təhsil aldıqdan sonra “Citibank”ın Misir paytaxtındakı şöbəsində maliyyə təhlilçisi vəzifəsində işləməyə başlayıb.
N.Lufi həmçinin ABŞ və Avropa ölkələrinin banklarında işləyib. O, inkişaf edən bazar, kapitalın idarə edilməsi və kredit riski məsələləri üzrə ixtisaslaşıbmış.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qahirede-i-slam-bankinin-qadin-direktorunun-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR