"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, istintaq məlumatlarına görə, bu anlaşma dövlət xəzinəsinə 3,5 milyon avrodan çox məbləğdə maddi ziyan vurub.
N.Nençevin vəkili Radan Kunev jurnalistlərə bildirib ki, Prokurorluq yalnız ittiham irəli sürüb, işin materialları təqdim olunmayıb.
Müdafiə naziri ölkəni tərk etməmək barədə öhdəlik götürdükdən sonra sərbəst buraxılıb.