Aprel döyüşləri barədə ŞOK FAKTLAR - Ermənilərin dili ilə

Aprel döyüşləri barədə ŞOK FAKTLAR - Ermənilərin dili ilə
18:52 23 Noyabr 2016
826 Ölkə
Ölkə mətbuatı
A- A+

Orada qulluq edənlərdən heç kim sağ qalmayıb

Qarabağ münaqişəsi zonasında aprel döyüşləri zamanı erməni hərbçilərinin necə ölməsi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı Vanadzor ofisinin əməkdaşları döyüşlər zamanı ölən hərbçilərin qohumları ilə söhbət ediblər. Onlardan bəziləri ön xətdə yaranmış problemlərdən, xüsusilə döyüş sursatlarının çatışmazlığından, texnikanın nasaz olmasından danışıblar.

Milli.Az Ermənistan KİV-lərinə istinadən hüquq müdafiə təşkilatının hesabatında yer alan bəzi məqamları təqdim edir: 

Hal 1: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Mardakertdə (Ağdərə) ölüb. Qohumları onun ölümünü silah və sursatın sayının çatışmazlığı, eləcə də hərbi əməliyyatların başlanması ilə bağlı kəşfiyyat məlumatlarının olmaması ilə əlaqələndirirlər.

Hal 2: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Cəbrayılda ölüb. Ölüm yerinə yollanan qohumların əldə etdiyi məlumata görə, həmin ərazidə qulluq edənlərdən heç kim sağ qalmayıb. Çünki hazır olmayıblar, lazımi qədər silahları olmayıb. Hərbçinin ailəsi hesab edir ki, mövqelərin möhkəmlənməsi və əsgərlərin sursatla təmin edilməsi üçün heç bir tədbir görülməyib.

Cəbrayıldakı vəziyyəti onlar başıpozuqluq adlandırıblar, tanklar xarab olubmuş: "Qubadlıdan Cəbrayıla doğru yolda çoxlu sayda xarab tanklar düzülmüşdü. Onların çoxunda yanacaq əvəzinə su vardı. Ön xəttə getmək üçün tankları işə salanda yararsız vəziyyətə düşürdülər".

Hərbçinin həmkarları onun qohumlarına bildiriblər ki, onlar gedib çox şeyləri danışmalıdırlar, çünki özlərinin xidmət vaxtı bu barədə danışmağa ixtiyarları yoxdur.

Hal 3: Cəbrayılda 2016-cı ilin aprelin 2-də ölüb. Valideynləri məlumat verib ki, hərbi əməliyyatlar zamanı oğlunun lazımi qədər hərbi sursatı olmayıb. Ona görə də ölənlərin sayı çox olub.

Hal 4: Cəbrayılda 2016-cı ilin aprelin 2-də ölüb. Qohumları bildirib ki, qəfildən yaxalanan hərbçilər düşmənlə səhər saat 7:30-a kimi döyüşüblər. Sonra qərargahla əlaqə saxlayaraq kömək və daha sonrakı hərəkətlər barədə məlumat verilməsini istəyiblər. Amma onlar hər hansı cavab və əmr almayıblar.

Hal 5: Talışda 2016-cı ilin aprelin 2-də ölüb. Atasının sözlərinə görə, əsgərlərlə dərhal Talışdakı mövqeləri geri qaytarmaq istəyəndə oğlunun pulemyotu xarab olub. O, digər pulemyotçudan kiminsə silahını götürüb döyüşə çıxmağı xahiş edib, amma rədd cavabı alıb və gecə, lampa işığında silahı söküb təmir edib və yüksəklikdəki ən vacib mövqeni ələ keçirmək üçün çıxıb. Hərbçinin ölümündən sonra həmkarları mövqeni, demək olar ki, geri qaytarıbmışlar, amma əmr gəlib ki, geri çəkilsinlər. Atasının sözlərinə görə, həmin mövqe indiyədək düşmənin nəzarətindədir.

Hal 6: Cəbrayılda 2016-cı ilin aprelində 2-də ölüb. Atası silahların çatışmazlığı və hərbi texnikanın xarab olmasından narazılığını bildirib. Aprelin 2-dən 10-dək o, Atrsaxda (Qarabağ) olub və baş verənləri şəxsən görüb: "Niyə tanklar irəli getmədi? Çünki akkumulyatorları yox idi: Onlar bazarda satışa qoyulmuşdu. PDM-lər lazım olan yerə gedib çata bilmirdilər, çünki çəndə yanacaq yerinə su var idi. Könüllüləri lazımi qədər patronla təmin edə bilmirdilər. Hərəyə 60 patron verirdilər, hansı ki onlar da cəmi dəqiqə yarımdan sonra qurtara bilər".

Hal 7: Hərbi qulluqçu Cəbrayılda 2016-cı ilin aprelində 2-də ölüb. Həmkarları valideynlərinə deyib ki, onlar aprelin 2-də 19 nömrəli təpədə səhər saat 9-a kimi döyüşüblər. Atasının fikrincə, əgər hərbi texnika lazımi sayda və hazır olsaydı, ordunun vəsaitləri talanmasaydı, vəziyyət başqa cür ola bilərdi.

Hal 8: Hərbi qulluqçu Cəbrayılda 2016-cı ilin aprelin 3-də ölüb. Düşmənin 5 tankına qarşı 70-ci illərdə istehsal olunmuş tankla çıxıb və qohumlarının sözlərinə görə, onları vurub (?). Qardaşının məlumatına görə, döyüş heyəti ilə 321 nömrəli tankda olub, çünki onun adına qeydiyyatda olub, amma qardaşı başqa tankda ölüb.

Hal 9: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Mardakertdə (Ağdərə) ölüb. Valideynləri xəbər verir ki, oğlu və oun həmkarları düşmənin malik olduğu ilə müqayisəyə gəlməz dərəcədə sursatın çatışmazlığı nəticəsində ölüblər.

Hal 10: Talışda 2016-cı ilin aprelin 4-də ölüb. Qohumları ölümünün səbəbini əmrin düzgün verilməməsində görürlər. Onlar deyir: "Yuxarılarda bilirlər nə baş verir".

Hal 11: Talışda 2016-cı ilin aprelin 2-də ölüb. Oğlunun ölümü ilə bağlı valideynləri deyirlər ki, döyüş sursatı qurtarıb, yeniləri ilə isə təmin etməyiblər.

Hal 12: Hərbi qulluqçu 2016-cı il aprelin 2-də Mardakertdə (Ağdərə) ölüb. Hərbçinin valideynləri onun komandiri ilə görüşüb və döyüş mövqeyinin 3-cü xəttində olan oğlunun niyə zirehli gödəkçədə olmadığını soruşublar. Komandir deyib ki, zirehli gödəkçələr azdır, ona görə də, ilk növbədə, lap öndəki uşaqları təmin edirlər. Valideynləri əmindirlər ki, hətta bu hadisələrdən sonra da hərbçilər təhlükəsizlik vasitələri ilə təmin edilməyiblər.

Göründüyü kimi, aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş erməni hərbçilərinin qohumlarının da ifadələrindən məlum olur ki, Ermənistan ordusunda vəziyyət bərbaddır, lazımi qədər silah-sursat yoxdur, hərbi texnika nasaz vəziyyətdədir, orduda talançılıq və korrupsiya baş alıb gedir.

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək

24 Sentyabr 2017 08:57

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürüldü

24 Sentyabr 2017 08:53

KXDR-də ABŞ əleyhinə mitinq keçirilib

24 Sentyabr 2017 08:47

Neymarın PSJ-dəki qazancının məbləği məlum oldu

24 Sentyabr 2017 08:38

Bakıda restoranda ölüm hadisəsi baş verib

24 Sentyabr 2017 08:22

Xızıda bir gündə 616 partlamamış sursat aşkarlandı

24 Sentyabr 2017 08:18

İstanbul derbisində üç qol, beş "qırmızı"

24 Sentyabr 2017 08:14

Ərdoğan-Tramp görüşündə "S-400" məsələsinə toxunulmayıb

24 Sentyabr 2017 08:09

Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib

24 Sentyabr 2017 08:02

İstanbulda dramatik gecə: 2 penalti, 5 qırmızı vərəqə, 3 qol - VİDEO

24 Sentyabr 2017 07:48

KXDR XİN rəhbəri: "Tramp ruhi xəstədir"

24 Sentyabr 2017 07:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24 Sentyabr 2017 07:12

Meksikanın Oahaka ştatında fövqəladə vəziyyət elan edilib

24 Sentyabr 2017 06:52

Nazir Trampı psixi xəstə adlandırdı

24 Sentyabr 2017 06:43

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yaydı

24 Sentyabr 2017 06:38

Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24 Sentyabr 2017 06:17

Zəlzələ Meksikada 305 can aldı

24 Sentyabr 2017 06:09

Tramp İranı ittiham etdi

24 Sentyabr 2017 05:59

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47