Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edib. Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlük prosesini dayandırmağı nəzərdə tutan qətnamə layihəsini qəbul etməyə hazırlaşır. Türkiyə və Rusiya Suriyada birgə əməliyyat həyata keçirmək barədə razılığa gəliblər.

Ərdoğan işğalla heç bir nəticə əldə olunmayacağını bildirib: “Türkiyə olaraq bu işğala qarşıyıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Bu qətnamələrə görə, Ermənistan Dağlıq Qarabağ və bu bölgədə razılaşdırılmış rayonlardan çıxmalıdır”.

Türkiyə prezidenti qeyd edib ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır. “Xüsusilə ABŞ, Rusiya və Fransa öhdələrinə götürdükləri işi dərhal başa çatdırmalıdır. İstəyimiz odur ki, işğal bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsunlar”, - deyə o diqqətə çatdırıb.

Azərbaycanın keçmiş xarici işlər naziri, sabiq səfir Tofiq Zülfüqarovun Publika.az-a müsahibəsində bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qarabağ problemini Rusiya ilə birgə həll edə bilər.

O, həmçinin Trampın prezidentliyi dövründə Rusiya-ABŞ münasibətlərində gözlənilən dəyişiklikləri və beynəlxalq proseslərə təsirini qiymətləndirib.

“Yaşıl otaq”da MƏXFİ GÖRÜŞ, Ərdoğandan Qarabağ ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Tofiq Zülfüqarov: “Tramp Qarabağ problemini Rusiyayla birgə həll edə bilər” - MÜSAHİBƏ

"Qarabağ məsələsini gündəmə gətirmək lazımdı".