Səfir: "Rumıniya Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafını dəstəkləyir"

Səfir: "Rumıniya Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafını dəstəkləyir"
12:27 24 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rumıniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin inkişafını dəstəkləyir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bir qrup jurnalistlə görüşündə deyib.

Diplomat bildirib ki, ölkəsi Aİ ilə Azərbaycan arasında hərtərəfli və iddialı razılaşmalar üzrə danışıqlara başlayacağına ümid edir. D.Yanku əlavə edib ki, Rumıniya səfirliyi hazırda 2009-cu ildən başlayan NATO əlaqələndirici səfirliyinin 4-cü dövrünü müvəffəqiyyətlə davam etdirir:

"Bu qisimdə səfirlik NATO-Azərbaycan tərəfdaşlığını güclü təbliğ edib və özünün töhfəsini verib. Bunların sırasında NATO və Azərbaycan arasında siyasi dialoq və əməkdaşlığın gücləndirilməsi, NATO çərçivəsində Azərbaycan haqqında məlumatların təkmilləşdirilməsi, Alyansın cari siyasəti, dəyərləri və standartları haqqında fikirlərin Azərbaycan ictimaiyyətinə çatdırılmasını qeyd etmək olar".

Diplomat Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu xatırladıb. O, Azərbaycanın ölkəsi üçün əhəmiyyətli tərəfdaş olduğunu da vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR