Əylənməyə getdiyi qadını öldürən şəxsin məhkəməsi qapalı olacaq - İNTİM MƏSƏLƏRƏ GÖRƏ

Əylənməyə getdiyi qadını öldürən şəxsin məhkəməsi qapalı olacaq - İNTİM MƏSƏLƏRƏ GÖRƏ
15:34 24 Noyabr 2016
1469 Digər
Ölkə mətbuatı
A- A+

 

Qubada “Retro” istirahət mərkəzinə apardığı qadını qətlə yetirməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs Elməddin Əhmədovun vəkili vəsatətlə çıxış edib. O bildirib ki, şəxsi həyatla bağlı və intim məsələlər olduğu üçün prosesin qapalı keçirilməsini istəyirlər.

 

Vəsatət təmin edilib. Media nümayəndələri zaldan çıxarılıb.

 

Qeyd edək ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.

 





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR