Almaniya hakimiyyəti Angela Merkeli ölkədən qovacaq

Almaniya hakimiyyəti Angela Merkeli ölkədən qovacaq
23:38 24 Noyabr 2016
138 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya hakimiyyəti ölkə kanslerinin şərəfinə qızlarına Angela Merkel adını qoyan suriyalı ailəyə sığınacaq verməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri yazıb.

Ailənin başçısı Mamon əl-Həmzə, arvadı Tema və Angela Merkel Menhenqladbax şəhərində yaşayırdılar. Ancaq ailə yaxın il ərzində Almaniya və Avropa İttifaqını tərk etməyə məcbur ediləcək.

Ailəyə onların ilk köçdüyü ölkə olan Türkiyəyə qayıtmaq təklif edilir.

Əl-Həmzənin ailəsi 2015-ci ildə Avropa İttifaqına gəlib. Onların qızı Almaniyanın Duysburq şəhərində doğulub. Ailə “açıq qapı” miqrant siyasətinə hörmət olaraq qızlarına Almaniya kansleri Angela Merkelin adını veriblər.

Məlumata görə, 2015-ci ildə Şimali Afrika və Yaxın Şərq dövlətlərindən Almaniyaya 1,1 milyondan çox miqrant gəlib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR