Abşeron rayonunda avtomobil 50 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, "Duz gölü"nün yaxınlığında qeydə alınıb.
Belə ki, "Qurtuluş-93" yaşayış kompleksindən çıxaraq yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Səmədov Natiq Tapdıq oğlunu naməlum markalı avtomobil vurub. Xəsarət alan N.Səmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Avtomobilin modeli və sürücünün kimliyinin araşdırılması üçün yaxınlıqdakı "Təhlükəsiz şəhər" kamerasının (TŞK) lentə aldığı görüntülərə baxılacaq.
Milli.Az