15 dərəcə isti olacaq

15 dərəcə isti olacaq
12:48 28 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, paytaxtın və yarımadanın bəzi yerlərində duman olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütünundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2dərəcəyədək isti, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/177631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR