“Report”un xəbərinə görə, bu barədə news.am məlumat yayıb.
Məlumata görə, təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə “Pokr Mher”in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb edirlər.
Aksiyaçılar bildiriblər ki, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər deyir.
Məktəb rəisi isə təcili növbədənkənar valideyn iclası keçirəcəyini deyib.