Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək
15:24 30 Noyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Azərbaycana rəsmi səfər edəcək.

 

 

Xarici İşlər Nazirliyinin ( XİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın səfəri 1-2 dekabr tarixlərində baş tutacaq.

 

Səfər çərçivəsində İqor Çrnadakın 1 dekabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 1 dekabr tarixində saat 11:10-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər..

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR