Bosniya və Herseqovinanın naziri Azərbaycana gələcək

Bosniya və Herseqovinanın naziri Azərbaycana gələcək
15:27 30 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak 1-2 dekabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərə gələcək.

XİN-dən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində İqor Çrnadakın 1 dekabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 1 dekabr tarixində saat 11:10-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR