BDU-da dini ekstremizmdən danışıldı

BDU-da dini ekstremizmdən danışıldı
16:53 30 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetində "Dini ekstremizm və onun fəsadları" mövzusunda tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbirin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmə baxılıb. Sonra çıxış edən rektor Abel Məhərrəmov “Multikulturalizm ili” çərçivəsindəölkədə böyük işlər görüldüyünü, çoxşaxəli addımlar atıldığını deyib.

“Həmin sahədə ən önəmli məsələlərdən biri bu sahədə gənclər arasında aparılan maarifləndirmə işinin düzgün qurulmasıdır”, - deyən rektor tədbirin də elə bu məqsədlə təşkil edildiyini vurğulayıb.

O, dünyada aparıcı güclərin din amilindən geosiyasi maraqları üçün istifadə etdiklərini, din pərdəsi altında müxtəlif münaqişələr törətdiklərini, islamı siyasiləşdirərək qarşıdurma yaratmaqla onun gözdən salmağa yönələn siyasət həyata keçirdiklərini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə BDU-nun İlahiyyat fakültəsinin dekanı, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyevin çıxışı başa çatıb.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/177996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR