Xızıda sürüşmə baş verib, yol çöküb

Xızıda sürüşmə baş verib, yol çöküb
17:32 30 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Xızı. 30 noyabr. REPORT.AZ/ Xızı rayonunda sürüşmə baş verib. 
Xızı Rayon İcra Hakimiyyətindən (RİH) "Report"un Şimal bürosuna verilən məlumata görə, sürüşmə zamanı rayonun Altıağac kəndinə gedən yol çöküb. 
RİH-dən bildirilib ki, sürüşmə daha çox yolun 3-cü və 11-ci kilometrliklərində müşahidə olunub: "Sürüşmə nəticəsində yol bağlanmayıb, nəqliyyat vasitələri hərəkət edir. Amma, yolda yaranan çətinliyi aradan qaldırmaq üçün əraziyə "Azəravtoyol"un yerli nümayəndələri  cəlb edilib və yolda bərpa işləri aparılır. İlkin olaraq təbii fəlakətin güclü yağışlardan sonra meydana gəldiyi ehtimal edilir".







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xizida-surusme-bas-verib-yol-cokub-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR