İranla OPEC gizli razılığa gəlib

İranla OPEC gizli razılığa gəlib
20:38 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Viyanada bir araya gələn OPEC ölkələrinin nazirləri neft istehsalının azaldılması ilə bağlı razılaşma əldə edəcəklərinə dair optimistdirlər.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, İranın neft naziri Bijan Namdar OPEC-in neft hasilatını azaltması mövzusunda optimist olduğunu bəyan edib. Nazir onu da deyib ki, İran istehsal səviyyəsini dondurmayacaq:

“Lakin başqa məsələdə razılığa gəlinib”.

Nəzərə çatdıraq ki, nazir bu haqda detallı məlumat verməyib. Analitiklər OPEC ölkələrinin ortaq məxrəcə gəlmə ehtimalının 50 faiz olduğunu deyib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/178015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR