Rafet azərbaycanlı pərəstişkarlarına səsləndi - video

Rafet azərbaycanlı pərəstişkarlarına səsləndi -  video
15:01 1 Dekabr 2016
66 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertində sayılı günlər qalıb.

Axşam.az-ın məlumatına görə, müğənni azərbaycanlı sevənlərinə səslənib. O, hər kəsi tədbirinə çağırıb.

Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsert dekabrın 20-də Heydər Əliyev Sarayında baş tutacaq.

Gecədə ifaçı orkestrı ilə birlikdə sevilən mahnılarını canlı səsləndirəcək. Rafet Bakıya konsertdən bir neçə gün əvvəl gələcək. Uzun müddətdir Azərbaycana gəlməyən ifaçı şəhəri gəzməyi planlaşdırıb.

Tədbirin aparıcısı Nanə Ağamalıyevadır. Mərasimdə dicey Roşka da qonaq olacaq.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR