FED-dən kritik faiz açıqlaması

FED-dən kritik faiz açıqlaması
20:52 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Jerome Powell bankın məşğulluq və inflyasiya hədəflərinə çatdığını vurğulayaraq: "Məncə noyabr ayının əvvəlində baş tutan iclasımızdan bu yana faiz artımı ehtimalı olduqca güclənib"-deyib.
Milli.Az bbn.az-a istinadən bildirir ki, Powell dekabr ayında Federak Açıq Bazar Komitəsinin (FOMC) iclasında faizlərin artırıla biləcəyi siqnalını verib.
ABŞ iqtisadiyyatının digər ölkə iqtisadiyyatlarına nisbətən daha yaxşı performans göstərdiyini vurğulayan Powell inflyasiyanın son aylarda 2%-ə doğru irəlilədiyinə işarə edib və FES-in 2%-lik hədəfindən yuxarı və ya aşağı tərəddüdlərini ələ ala biləcəyini vurğulayıb.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR