Şakira 29 yaşlı futbolçu sevgilisi və övladları ilə birlikdə - FOTOLAR

Şakira 29 yaşlı futbolçu sevgilisi və övladları ilə birlikdə - FOTOLAR
11:48 2 Dekabr 2016
173 Şou
Ölkə mətbuatı
A- A+

Şakira ailəsi ilə birlikdə “Los40 Music Awards” mükafatlandırma mərasimində iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı müğənni uşaqlarını və sevgilisi ilə münasibətlərini kənar şəxslərdən gizlətməyə çalışan məşhurlar sırasına aid edilmir. Bu səbəbdən ulduzun pərəstişkaları onu çox sevir. Belə ki, ulduz dünən Barselonada bu keçirilən mərasimə bütün ailə üzvləri: oğulları Saşa və Milan, həmçinin 29 yaşlı sevgilisi Jerar Pike ilə birlikdə iştirak edib.

Tədbir üçün Şakira qısa parıltılı libas seçib, oğlanlarına dəst kostyum geyindirib.

Xatırladaq ki, bu yaxınlarda Şakiranın kiçik oğlu Saşanın səhhətində ciddi problemlər yaranmışdı. Müğənni buna görə hətta bir neçə konsert proqramını təxirə salmalı olub.

Aytən




Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/178230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR