Azərbaycanda POS-terminalların sayı kəskin azalıb

Azərbaycanda POS-terminalların sayı kəskin azalıb
20:02 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı bu ilin oktyabr ayı ərzində 8,4% və ya 6 252 ədəd azalaraq noyabrın 1-nə 68152 ədəd təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə bu göstərici 12 149 ədəd və ya 15% azalıb. 
Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirilib ki, ölkə üzrə mövcud POS-terminalların 38 289 ədədi və ya 56 %-i Bakıda, 44%-i və ya 29 863 ədədi regionlarda yerləşir.
Bu il oktyabrın 1-nə ölkədə mövcud olan POS-terminallların 67 107 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 6 370 ədəd və ya 8,7% azalma deməkdir.
Qeyd edək ki, 2016-cı il noyabrın 1-nə Azərbaycan əhalisinin hər 140 nəfərinə 1 POS-terminal düşüb. Bu göstərici ötən ay 130 nəfər/POS-terminal, ilin əvvəlində 120 nəfər/POS-terminal olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pos-terminallarin-sayi-azalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR