Bakıda 40 yaşlı kişi arvadının ondan ayrılmasına dözməyərək özünü bıçaqlayıb

Bakıda 40 yaşlı kişi arvadının ondan ayrılmasına dözməyərək özünü bıçaqlayıb
10:57 3 Dekabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda 40 yaşlı kişi arvadının ondan boşanmasına etiraz əlaməti olaraq özünü bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1976-ci il təvəllüdlü Budaqov Rafiq Müzəffər oğlu yaşadığı evdə özünə iki bıçaq zərbəsi vurub. O hadisə zamanı sərxoş vəziyyətdə olub. R.Budaqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. R.Budaqovun ilkin dindirilməsi zamanı o, həyat yoldaşının ondan rəsmi şəkildə ayrıldığını deyib. Buna dözməyərək R.Budaqov özünü öldürməyə cəhd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-40-yasli-kisi-arvadinin-ondan-ayrilmasina-dozmeyerek-ozunu-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR