Barak Obama ABŞ prezidenti kimi sonuncu dəfə Vaşinqtonda ənənəvi milad işıqlarını yandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bayramqabağı keçirilən 94-cü mərasimdə Barak Obamanın həyat yoldaşı Mişel, kiçik qızı Saşa, Yeva Lonqoriya, Kelli Klarkson, Mark Entoni və başqaları iştirak edib.

Amerika prezidenti açıq havada quraşdırılmış yolka ətrafında toplaşan tanınmış adamlar və Santa-Klaus ilə birlikdə “Jingle Bells” mahnısını oxuyub. Şənlik ab-havası bayramın ruhuna tam uyğun gəlib: İştirakçılar gülümsəyib və üzlərində böyük sevinc hissləri ifadə olunub.

Seçkilər zamanı siyasi cəhətdən fəal ulduzlar cərgəsinə qoşulan, demokratlar partiyasını dəstəkləyən və öz mövqeyini sosial şəbəkələr açıq şəkildə nümayiş etdirən Yeva Lonqoriya isə prezident ailəsinin yanından ayrəlmayıb. Ağ palto geyinən aktrisa prezidentlə qucaqlaşaraq mahnılar oxuyub.

Aytən

Obama aktrisa ilə qucaqlaşdı və...  - FOTO/VİDEO
Obama aktrisa ilə qucaqlaşdı və...  - FOTO/VİDEO
Obama aktrisa ilə qucaqlaşdı və...  - FOTO/VİDEO
Obama aktrisa ilə qucaqlaşdı və...  - FOTO/VİDEO