Güclü külək rayonları işıqsız qoydu - VİDEO

Güclü külək rayonları işıqsız qoydu - VİDEO
21:37 3 Dekabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü külək Lerikin 100, Astaranın isə 20 kəndini işıqsız qoyub. Bundan əlavə bu rayonların kəndlərində evlərin və iaşə obyektlərin dam örtüklərində sınma və yerindən qopma qeydə alınıb.

Cənub bölgəsində dünən axşam saatlarında başlayan və gecə boyu davam edən güclü külək 120-dən çox kəndi işıqsız qoyub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Lerik rayon Fövqəlada Hallar Komissiyasının Sədri Habil Məlikovun verdiyi məlumata görə, külək 100-dək elektrik dirəyini aşırıb, 1000 metrlərlə elektrik xəttini qıraraq sıradan çıxarıb. Nəticədə rayonun 100 kəndi enerjisiz qalıb.

Güclü külək Astara rayonarında isə fərdi yaşayış evlərinin dam ördüklərinə, elektrik təsərrüfatına və iaşə obyektlərinə ziyan vurub. Rayonun Şiyəkəran kəndində 10-dan artıq evin dam örtüklərində sınma və yerindən qopma qeydə alınıb. Bir baxçanın pəncərə şüşəsi yararsız vəziyyətə düşüb.

Həmçinin iri gövdəli ağacların kökündən qoparılaraq transformatorların və elektrik xətlərinin üstünə düşmə kəndləri enerjisiz qoyub.

Astara rayon Fövqəlada Halallar Komissiyasının sədri Allahverən Mahmudovdan aldığımız məlumata görə əsən güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. Belə ki, 50-dən artıq elektrik dirəyi aşıb. 20 kəndə elektrik verilişində problem yaranıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR