Luis Enrikedən Arda Turana – ağır ittiham

Luis Enrikedən Arda Turana –   ağır ittiham
09:27 4 Dekabr 2016
188 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın baş məşqçisi Luis Enrike dünən baş tutan “El-Clasico”da qələbəni əldən verməklərinə səbəb olan futbolçunun adını açıqlayıb. Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis oyuna əvəzetmədən daxil olan Arda Turanı ittiham edib.



Enrikenin fikrinəcə, İspaniya La Liqasının XIV turu çərçivəsində baş tutan “Barselona” – “Real” görüşünün 1:1 hesabı ilə yekunlaşmasının səbəbkarı türkiyəli futbolçudur: "Üstün tərəf “Barselona” idi. Bizim üçün yaxşı nəticə olmadı. Serxio Ramosun 90-cı dəqiqədəki qolundan əvvəl Arda Turan lazımsız qayda pozuntusu etdi. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi. Rəqibi qapımıza gətirməməliydik”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-luis-enrikedn-arda-turana-t54675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR