Avstriyada prezident seçkiləri keçirilir

Avstriyada prezident seçkiləri keçirilir
12:05 4 Dekabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7.00-da (Bakı vaxtı ilə saat 10.00) açılıb, saat 17.00-da (Bakı vaxtı ilə 20.00) bağlanacaq.

Seçkidə prezident postu uğrunda Yaşıllar Partiyasının sabiq lideri, müstəqil namizəd Aleksander Van der Bellen  və Avstriya Azadlıq Partiyasının namizədi Norbert Xofer mübarizə aparırlar. Sosioloji sorğulara əsasən, hər iki namizədin şansı bərabərdir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR