"Report"un verdiyi xəbərə görə, məlumatı NDTV telekanalı yayıb.
Bildirilib ki, hadisə gəmi təmirə dayanan zaman baş verib. Uzunluğu 126 metr olan gəmi yana aşıb və ciddi zədələnib.
"Betwa" anti-gəmi raketləri, anti-təyyarə raketləri və torpedalarla təchiz edilib. Bu gəmi vasitəsilə 2 helikopter daşımaq da mümkündür.