Səfirlikdən "Report"a verilən məlumata görə, diplomatik nümayəndəlikdə xatirə kitabı da açılıb.
Qeyd edək ki, C.Cayalalita Hindistanda tanınmış siyasi xadim olub. Xarakterinə görə "dəmir ledi" ləqəbi alan C.Cayalalita dekabrın 5-də vəfat edib. Ölümə ürək dayanması səbəb olub. Bununla əlaqədar ölkə daxilində beşgünlük matəm elan olunub.