"Gürcüstan dəmir yolları vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə tranzit yüklərin daşınmasında yaranmış problem yaxın zamanda aradan qaldırılacaq".

Bunu Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmdov deyib.

QSC rəsmisi bildirib ki, problemin yaranma səbəbi hava şəraiti ilə bağlıdır. Hazırda 1000-dən çox bərə vaqon yolda qalıb:

“Problem yalnız bizimlə bağlı deyil. Hazırda havalar nisbətən normallaşıb. Problemin aradan qaldırılması istiqamətində iş aparılır. Yəqin ki, yaxın zamanda həll olunacaq”.

Gülxar