Dünən Milli Məclisdə "Yol hərəkəti haqqında" Qanuna parklanma yerləri ilə bağlı edilən dəyişiklikdə "Əlil" tanınma nişanı olan avtomobillər üçün kvota nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, qanuna əsasən, parklanma yerlərinin ən azı 3%-i, yerlərin sayı az olduqda isə ən azı 1 yer əlillərin avtomobillərinə ayrılmalı və xüsusi qaydada işarələnməlidir: "Başqa avtomobil əlillərin yerində parklandıqda evakuasiya ediləcək və onun sürcüsü 10 manat cərimələnəcək".

İlkin İzzət
Milli.Az