“Accessbank” kapitalını artırır

“Accessbank” kapitalını artırır
15:47 21 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ “Accessbank” QSC-nin səhmdarları Bankın nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edib. 
Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın açıqlamasında deyilir ki, bu addımın atılmasında əsas məqsəd dəyişkən iqtisadi şəraitdə yaranan yeni çağırışlar zəminində Bankın sabit dayanıqlılığının təmin edilməsi üçün əlavə kapital ehtiyatlarının yaradılmasıdır. Kapitalın artırılması üzrə işlərin standart sənədləşmə prosesi çərçivəsində yekunlaşması gözlənilir. Səhmdarların kapitalın artırılması ilə bağlı qərarı, “Accessbank”ın bazarda mikro, orta və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyinin qorunub saxlanmasını təmin etmək niyyətini nümayiş etdirir.
Qeyd edək ki, “Accessbank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "Accessbank" tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren "BB+" səviyyəsində təsdiqlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbank-kapitalini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR