Prezident İlham Əliyevin ünvanına yubiley təbrikləri gəlməyə başlayıb

Prezident İlham Əliyevin ünvanına yubiley təbrikləri gəlməyə başlayıb
09:42 22 Dekabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 55 yaşı tamam olur.
“Report”un xəbərinə görə, müxtəlif ölkələrin rəhbərlərindən dövlət başçısı İlham Əliyevin ünvanına yubiley təbrikləri gəlməyə başlayıb.
Çin Xalq Respublikasının sədri Si Cinpin məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.
Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.
Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.
Sizə möhkəm cansağlığı arzulayıram.
Ən xoş arzularla”.
Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.
Ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.
Hörmətli cənab Prezident, bir daha Sizə olan dərin ehtiramımı çatdırmaq istərdim”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyevin-unvanina-yubiley-tebrikleri-gelmeye-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR