Atletikanın II Avropa Oyunlarında yüksək səviyyəli yarış kimi təmsil olunmasına razılıq verilib

Atletikanın II Avropa Oyunlarında yüksək səviyyəli yarış kimi təmsil olunmasına razılıq verilib
15:37 23 Dekabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Avropa Atletika Federasiyası 2009-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının bir hissəsi olmağa razılıq verib. "Report"un məlumatına görə, bu barədə qurumun prezidenti Sveyn Arne Hansen "İnside the Games"ə açıqlamasında bildirib.
Norveçli funksioner Oyunların təşkilatçıları ilə rəqabətə davamlı format işlədiklərini söyləyib. "Bakı-2015" I Avropa Oyunlarında atletika üzrə III Liqada komanda yarışları keçirilib. Hansen "Minsk-2019"da belə bir rəqabət səviyyəsinin olacağını təkzib edib.
Belarus Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov II Avropa Oyunlarında 2020-ci il Tokio olimpiadasına lisenziya xarakterli yarışlara önəm verəcəklərini açıqlayıb. Hazırda akrobatika, boks, kayak və kanoe, şosse və trek velosipedi, idman və bədii gimnastika, cüdo, akademik avarçəkmə, sambo, stolüstü tennis, tamblinq, stolüstü tennis, sərbəst və yunan-Roma güləşi növləri Oyunların proqramına real namizəd kimi göstərilir. Bunlardan yalnız akrobatika və sambo olimpiya növləri deyil. Belarus "Minsk-2019"a 40 milyon dollar xərcləmək və Oyunları cəmi 12 növ üzrə keçirmək fikrindədir.
Qeyd edək ki, 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində su idman növləri, velosiped idmanı, qolf, gimnastika, avarçəkmə və triatlon yarışlarının keçirilməsinə qərar verilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-atletika-federasiyasi-ii-avropa-oyunlarinda-yuksek-seviyyeli-yaris-kimi-temsil-olunmaga-razil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR