Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Əl Bilyad" xəbər portalının məlumatına görə, təyyarəni qaçıranlar Liviyanın keçmiş lideri Muammer Qəddafinin oğlu Seyf əl-İslamın həbsxanadan azad olunmasını tələb edirlər.
Liviyanın nəqliyyat naziri Milyad Maatuk təyyarəni ələ keçirən 2 nəfərlə danışıqlar aparıldığını, onların tələblərinin araşdırıldığını bildirib.
Qaçırılmış təyyarənin endiyi Maltanın hüquq-mühafizə orqanları hələlik bütün sərnişinlərin təyyarəni tərk etmələri barədə KİV-də yayılmış məlumatı təsdiqləməyib.
Liviyanın Baş naziri Cozef Muskat "Twitter"də 65 sərnişinin azad edildiyini xəbər verib.
KİV-in məlumatına görə, təyyarənin göyərtəsində olan 118 nəfərin əksəriyyəti Liviya vətəndaşıdır və təqribən 10 nəfər əcnəbidir.