İlham Əliyev olimpiya çempionlarının təqaüdlərini artırdı

İlham Əliyev olimpiya çempionlarının təqaüdlərini artırdı
19:17 23 Dekabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında sərəncam imzalayıb. 


Fanat.Az xəbər verir ki, sərəncama əsasən Azərbaycanın olimpiya çempionları üçün prezidentin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.


“Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594; 2006, № 5, maddə 403; 2008, № 1, maddə 5, № 9, maddə 793) 1-ci hissəsinin birinci cümləsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lham-liyev-olimpiya-cempionlarnn-tqaudlrini-artrd-t55123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR