Bakıda intihara cəhd olub.
Publika.az-ın bildirir ki, Sabunçu rayon
Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə Sabunçu
rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı
Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb.
Valideynləri tərəfindən dərhal xilas edilən N. Müslümov xəstəxanaya
yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, N. Müslümov şadlıq evlərindən birində fotoqraf kimi
çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb.
Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb.
Faktla bağlı araşdırma aparılır.