Maslyakov rəsmi Bakının reaksiyasına münasibət bildirib

Maslyakov rəsmi Bakının reaksiyasına münasibət bildirib
21:52 13 Yanvar 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Qondarma "Dağlıq Qarabağ respublikası"ndan heç bir komanda Soçi şəhərində keçirilən beynəlxalq KVN (“Şən və hazırcavablar klubu”) festivalında iştirak etməyib.
"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə KVN-nin aparıcısı, “AMİK” Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov rəsmi Bakının qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına göstərdiyi mənfi reaksiyaya münasibət bildirərkən deyib.
Bundan əvvəl qondarma qurumdan “S xlebom i solyu” və “DeleYaman” komandalarının KVN festivalına dəvət olunduğu barədə məlumat yayılıb. Ardınca Azərbaycan XİN-i bu dəvətin Rusiya ilə tərəfdaşlığa zidd olduğunu bəyan edib.
"Qondarma "DQR"nin komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət KVN saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub", — deyə Maslyakov bildirib.
Onun sözlərinə görə, 55 il ərzində Klubda bir dəfə də olsun münaqişəli vəziyyət yaranmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/maslyakov-resmi-bakinin-reaksiyasina-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR