Bakı məktəblərindən birindən oğurluq edilib

Bakı məktəblərindən birindən oğurluq edilib
13:27 14 Yanvar 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı məktəblərindən birindən oğurluq edilib.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər Emin Quliyev küçəsi 50 ünvanında yerləşən 273 saylı orta məktəbin plastik pəncərəsini sındıraraq içəriyə daxil olublar. Daha sonra məktəbin İnformatika fənni otağının qapılarını sındıraraq içəridən 5 ədəd monitor, 3 ədəd prosessor, 3 ədəd klaviatura və 1 ədəd noutbuk oğurlanıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-mekteblerinden-birinden-ogurluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR