x
Loading...
.

Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
11:42 16 Yanvar 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Yanvarın 20-də Bakıda keçiriləcək anım tədbirləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Milli.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
 
Dövlət Yol Polisi İdarəsi sürücülərdən bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/508088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR