Azərbaycan və Rusiya arasında avtobus reyslərinin sayı artırılacaq

Azərbaycan və Rusiya arasında avtobus reyslərinin sayı artırılacaq
12:52 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya ilə Azərbaycan arasında müntəzəm sərnişin avtobus reyslərinin sayı artırıla bilər. Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
"Hazırda Azərbaycan ilə Rusiya arasında 7 beynəlxalq sərnişindaşıma marşrutu fəaliyyət göstərir. Sərnişin daşımalarının coğrafiyasının genişləndirilməsi və marşrutların sayının artırılması məqsədilə hazırda sərnişin axınının vəziyyəti öyrənilir", - deyə Ş.Mehmanqızı əlavə edib.
Ş.Mehmanqızının sözlərinə görə, Bakı-Kazan (Tatarıstan) marşrutu ilə sərnişin daşınması xidmətlərinin göstərilməsinə dair məsələ də həllini tapıb: "Rusiya tərəfi bu istiqamətdə icazə müddətinin bərpasını təmin edib, hazırda marşrut fəaliyyət göstərir".
Xatırladaq ki, ötən il Bakıda keçirilən Rusiya-Azərbaycan Qarışıq Komissiyasının iclasında Rusiya tərəfi Bakı-Kazan marşrutu ilə sərnişin daşınması xidmətlərinin göstərilməsinə dair icazənin müddətinin bitdiyini və böyük tələbat olan istiqamət üzrə sərnişin daşımalarının yenidən bərpası üçün icazə müddətinin tezliklə bərpa olunmasını təklif etmişdir.
Qeyd edək ki, Rusiya və Azərbaycan ümumilikdə müntəzəm sərnişin avtobus reyslərinin sayını 15-ə çatdırmağı hədəfləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-ve-rusiya-arasinda-avtobus-reyslerinin-sayi-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR